Avrokuboklar səbəbilə Premyer Liqada iki matçın taleyi dəyişdi!
Azərbaycan Premyer Liqasının II turunda “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları təxirə salınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Qərar UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında çıxış edən “Sabah” və “Qarabağ”ın rəsmi müraciətləri nəzərə alınaraq qəbul edilib. Həmçinin hər iki klubun rəqiblərinin oyunların təxirə salınmasına dair rəsmi razılıq məktubları PFL tərəfindən nəzərə alınıb.
Beləliklə, Premyer Liqanın II turunda “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” qarşılaşmaları əvvəlcədən nəzərdə tutulan tarixdə keçirilməyəcək.
Namiq HUN