Hörmüzdə gizli neft oyunu: Dünya bazarı böhrandan necə qorunur?
Yaxın Şərq neft istehsalçıları Hörmüz boğazından xam neftin gizli “servis” daşımalarını artırıblar ki, bu da dünya bazarında kəskin qıtlığın qarşısını almağa və qiymətlərin sıçrayışını cilovlamağa imkan verir.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, İranla uzunmüddətli müharibəyə və mülki gəmilərə sistematik hücumlara baxmayaraq, Fars körfəzinin ixracatçıları əhəmiyyətli həcmdə neft daşımağa davam edirlər.
Bunun üçün onlar Oman sahilləri yaxınlığında, Oman körfəzində neftin bir tankerdən digərinə yüklənməsi sxemindən istifadə edirlər.
Aysel Mətləb