"Zirə" Premyer Liqaya qələbə ilə başladı! - VİDEO

"Zirə" Premyer Liqaya qələbə ilə başladı! - VİDEO
16.08.2026 23:14 İdman

Azərbaycan Premyer Liqasının ilk turunda "Zirə" "Şəfa"nı məğlub edib.

TodayPress TV xəbər verir ki, Zirə idman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komandadan 41-ci dəqiqədə Eren Aydın rəqib qapısına yol tapıb. 52-ci dəqiqədə isə İssa Cibrila fərqlənib.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib. "Araz-Naxçıvan"-"İmişli" matçında hesab açılmayıb. Tura avqustun 17-də yekun vurulacaq.

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər