"Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı

"Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı
16.08.2026 19:24 İdman

Azərbaycan Premyer Liqasının II turunun oyun cədvəli məlum olub.

TodayPress TV xəbər verir ki, ölkəmizi müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq, “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.

Azərbaycan Premyer Liqası

I dövrə, I tur

22 avqust

18:30. "Qəbələ" – "Şəfa"

Qəbələ şəhər stadionu

20:45. "Zirə" – "İmişli"

Zirə İdman Kompleksinin stadionu

23 avqust

18:30. "Turan Tovuz" – "Şamaxı"

Tovuz şəhər stadionu

20:45. "Neftçi" – "Araz-Naxçıvan"

"Palms Sports Arena"

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər