Türkiyədə meşə yanğınlarının "hesabı" açılır: 11 nəfər həbs edildi
Türkiyə hakimiyyəti iyunun əvvəlindən meşə yanğınlarının törədilməsində şübhəli bilinən 43 nəfəri müəyyənləşdirib, onlardan 11-i həbs edilib.
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.
Nazirin sözlərinə görə, ötən həftə Adıyaman, Antalya, Aydın və Balıkəsir vilayətlərində baş verən 10 meşə yanğını ilə bağlı aparılan araşdırmalar çərçivəsində altı şübhəli barəsində cinayət işi açılıb. Onlardan ikisi həbs edilib.
Ümumilikdə, iyunun 1-dən etibarən 22 vilayətdə baş verən 64 meşə yanğını ilə bağlı 43 şübhəli müəyyənləşdirilib. Onlardan 11-i həbs olunub, 18 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.