Türkiyə NATO ilə Rumıniyada ilkə imza atdı

Türkiyə NATO ilə Rumıniyada ilkə imza atdı
16.08.2026 22:50 Dünya

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Rumıniya hava məkanında NATO-nun İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiə fəaliyyətinə qatılıb

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Paylaşımda Hərbi Hava Qüvvələri Komandanlığının NATO-nun inteqrasiya edilmiş hava və raket hücumundan müdafiəsinə töhfə verməyə davam etdiyi bildirilib:

"NATO qüvvələri ilə birgə həyata keçirilən fəaliyyət çərçivəsində ilk dəfə aşağı sürətli qarşısınıalma təlimi uğurla keçirilib. Güclü hava qüvvələrimizlə səmada daim hazırıq, sülh və təhlükəsizlik üçün hər zaman xidmətdəyik".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər