Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var
Sarıyer Şimali Marmara avtomobil yolunun Ədirnə istiqamətində yük maşını ilə avtomobil toqquşub.
TodayPress TV xəbər verir ki, qəzada 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
Vəziyyətlərinin ağır olduğu bildirilən yaralılar səhiyyə qruplarının ilkin müdaxiləsindən sonra ətrafdakı xəstəxanalara aparılıb.
Qəzada iştirak edən yük maşınının sürücüsü isə saxlanılıb.
Aysel Mətləb