İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI
İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarının yenidən fəaliyyətini bərpa etməsinə icazə verməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi danışıb.
"Hər kəs bilməlidir ki, Amerika bazaları heç bir halda əvvəlki vəziyyətinə qayıtmaq iqtidarında deyil və İran heç vaxt buna icazə verməyəcək", - deyə o vurğulayıb.
Komandan həmçinin qeyd edib ki, ABŞ Hörmüz boğazından kənarlaşdırılıb:
"Artıq onların Fars körfəzinə, Oman dənizinə və Hörmüz boğazına daxil olmaq icazəsi yoxdur".