Şirvan kanalında kişi meyiti TAPILDI
Şirvan kanalından kişi meyiti tapılıb.
TodayPress TV xəbər verir ki, meyit İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Araşdırmalar zamanı suda batan şəxsin Göyçay şəhər sakini, 77 yaşlı Tahir Quluyev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.