Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
16.08.2026 14:06 İdman

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb.

Əli Əliyev (50 kq) ikinci döyüşündə Adrian Zameçiklə (Slovakiya) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, avqustun 18-də 1/4 finalda Kristian Jubani (İrlandiya) ilə qarşılaşacaq.

Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatında ilk döyüşündə Angeliki Petroula Sduqa (Yunanıstan) ilə gücünü yoxlayıb. Boksçumuz üçüncü raunda tam üstünlüklə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda ilk mərhələdən azad olan Katarjina Qornisieviçlə (Polşa) gücünü yoxlayacaq. Görüş avqustun 17-də olacaq.

Qeyd edək ki, daha öncə Gülər Hüseynova (51 kq) adını 1/4 finala yazdırıb.

FOTOLAR

Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 1
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 2
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 3
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 4
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 5
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 6
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 7
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 8
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib — 9
XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər