Dunay bu həddə qədər qurudu: AES-i işlək saxlamaq üçün qeyri-adi addım atdılar
Macarıstan quraqlıq səbəbindən “Paks” Atom Elektrik Stansiyasının fəaliyyətini qorumaq üçün Dunay çayında iki 80 metrlik barjanı suya batırıb.
TodayPress TV xəbər verir ki, Reuters-in məlumatına görə, barjalar AES yaxınlığında çayın su səviyyəsini müvəqqəti artırmaq məqsədilə yerləşdirilib. Bu addım stansiyanın fəaliyyətdə olan iki enerji blokunun işini davam etdirməsinə şərait yaratmalıdır.
Hazırda “Paks” AES-i gücünün cəmi 25%-i ilə işləyir. Çayın yatağında suyun səviyyəsini sabit saxlamaq üçün daimi sualtı bəndin tikintisi davam edir.
Qeyd olunur ki, Dunayda su səviyyəsinin kəskin aşağı düşməsi artıq Rumıniyada da problem yaradıb. Ölkə çayın aşağı su səviyyəsi səbəbindən fəaliyyətdə olan sonuncu reaktorunu dayandırıb.
Kübra Musayeva