Tehranla Vaşinqton arasında gizli əlaqə üzə çıxdı - DETALLAR

Tehranla Vaşinqton arasında gizli əlaqə üzə çıxdı - DETALLAR
16.08.2026 19:10 Gündəm

Vaşinqton administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərliyi ilə İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani vasitəsilə əlaqə saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda Bərzani ABŞ-yə nizamlanma ilə bağlı danışıqlarda kömək təklif edib.

Məlumata görə, Ağ Ev may ayında Bərzani ilə əlaqə saxlayıb. Həmçinin İran Silahlı Qüvvələrinin elit bölmələrinin rəhbərliyi ona etibar edir.

Qeyd edilib ki, o, ABŞ-nin mesajlarını həmin vaxt SEPAH komandiri vəzifəsini tutan general-mayor Əhməd Vahidiyə çatdırıb. Hərbi komandan İraq Kürdüstanının rəhbərinə SEPAH-ın İran danışıqlarının tərəfdarı olduğunu, Vaşinqtonun isə bundan şübhələndiyini bildirib. N. Bərzani də bu sözləri Ağ Evə çatdırıb.

Bununla yanaşı, nəşrin məlumatına əsasən, ABŞ administrasiyası cavabı aldıqdan sonra yeni təkliflə çıxış edib. ABŞ N. Bərzaninin İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərində nizamlanma ilə bağlı qapalı ikitərəfli danışıqlar təşkil etməsini istəyib.

O, bu təklifi Tehrana çatdırıb. İran İslam Respublikası belə bir imkanı istisna etməyib, lakin İsrail kəşfiyyatı ilə bağlı təhlükəsizlik məsələlərindən narahatlığını ifadə edib. Ərbildə görüş beləliklə baş tutmayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər