"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı!

"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı!
16.08.2026 17:16 İdman

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" (Azərbaycan) – "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubdan bildirilib.

Biletləri onlayn şəkildə "iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" – "Hapoel" qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər