Ronaldu futbola vida etməyə hazırlaşır: "Son ilim ola bilər"
"Qızıl top"un beşqat sahibi və futbol tarixinin ən məhsuldar bombardiri Kriştiano Ronaldu cari mövsümün sonunda karyerasını başa vura bilər.
TodayPress TV xəbər verir ki, o, bunu "Vogue" jurnalına müsahibəsində bildirib.
"Yəqin ki, bu, futbolda mənim son ilimdir. Mən böyük irs qoymaq istəyirəm", - deyə Ronaldu bildirib.
Qeyd edək ki, 41 yaşlı ulduz Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində vurulan qolların sayına görə rekordlara sahibdir.