Bürünc medaldan sonra yeni ünvan: Maykl Mur yeni klubunu seçdi!

Bürünc medaldan sonra yeni ünvan: Maykl Mur yeni klubunu seçdi!
17.08.2026 09:29 İdman

“Lokomotiv-Kuban” basketbol klubunun sabiq forvardı Maykl Mur karyerasını Türkiyədə davam etdirəcək. 

TodayPress TV xəbər verir ki, komandanın mətbuat xidməti Murun transferini rəsmən açıqlayıb.

32 yaşlı amerikalı basketbolçu “Bursaspor” klubuna keçib.

Maykl Mur Krasnodar təmsilçisinin heyətində VTB Vahid Liqasının bürünc medalını qazanıb. O, ötən mövsümün gedişində “Lokomotiv-Kuban”a qoşulub və 40 oyunda orta hesabla 8,7 xal və 2,9 ribaundla çıxış edib.

Qeyd edək ki, bu, Maykl Murun Türkiyə çempionatına qayıdışıdır. Amerikalı basketbolçu 2025/2026 mövsümünün əvvəlində də Türkiyədə çıxış edib. Krasnodar klubuna keçməzdən əvvəl “Karşıyaka”nın heyətində 7 matç keçirən Mur komandanın əsas oyunçularından biri olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər