Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı

Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
17.08.2026 08:45 Cəmiyyət

Xocavənd və Şuşa rayonlarına növbəti köç karvanı yola salınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 11 ailə (39 nəfər) köçürülür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər