“Arsenal”da möhtəşəm başlanğıc: Kalafyori 58 illik rekordu yenilədi!

“Arsenal”da möhtəşəm başlanğıc: Kalafyori 58 illik rekordu yenilədi!
17.08.2026 09:55 İdman

“Arsenal”ın müdafiəçisi Rikardo Kalafyori İngiltərə Superkubokunun tarixində son 58 ilin ən sürətli qoluna imza atıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

24 yaşlı italiyalı futbolçu “Mançester Siti” ilə qarşılaşmanın 23-cü saniyəsində hesabı açıb. Bu qol 1968-ci ildən bəri turnirdə vurulan ən sürətli qol olub.

Xatırladaq ki, həmin vaxt “Mançester Siti”nin futbolçusu Bobbi Ouen “Vest Bromviç”lə oyunun ilk dəqiqəsində fərqlənmişdi.

Qeyd edək ki, İngiltərə Superkuboku uğrunda matç “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Kalafyoridən sonra Kay Haverts və Martin Edeqor “Mançester Siti”nin qapısına yol tapıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər