İndoneziyada güclü zəlzələ oldu
İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 188 000 əhalisi olan Labuan-Bajo şəhərindən 175 kilometr şərqdə, ocağı 36 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.