NBA rekordçusu Uestbruk karyerasını gözlənilmədən başa vurdu!

NBA rekordçusu Uestbruk karyerasını gözlənilmədən başa vurdu!
17.08.2026 08:32 İdman

“Vaşinqton Uizards” rəhbərliyi komandada çıxış etmiş Rassell Uestbruku geri qaytarmağa çalışıb və 37 yaşlı basketbolçuya iki illik müqavilə təklif edib. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Mark Steyn məlumat yayıb.

Bildirilir ki, Uestbruku təklifin maliyyə şərtləri və ya komandada ona veriləcək rol qane etməyib. Nəticədə basketbolçu karyerasını başa vurmaq qərarına gəlib.

Qeyd edək ki, Uestbruk NBA tarixində tripl-dabl sayına görə mütləq rekordçudur. O, 18 mövsümlük karyerası ərzində 209 dəfə tripl-dabl edib.

Basketbolçunun 2016/2017 mövsümündə müntəzəm çempionatda əldə etdiyi 42 tripl-dabl göstəricisi isə hələ də NBA rekordudur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər