Belqoroda raket hücumu: 6 nəfər öldü, yaralananlar var
Rusiyanın Belqorod vilayətinin Koloskovo kəndinə endirilən zərbə nəticəsində 6 dinc sakin həlak olub.
TodayPress TV xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, bunu Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev açıqlayıb.
Hadisə zamanı 4 nəfər yaralanıb. Yaralananlar arasında 14 yaşlı yeniyetmə də var. Onlardan ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib, digər iki nəfər, o cümlədən yeniyetmə isə xəstəxanaya çatdırılıb.
Zərbə nəticəsində bir tikili yanıb, minik avtomobilinə də ziyan dəyib.
Türkan İsgəndərli