Rodri “Barselona” yolunda! Transferin məbləği açıqlandı
“Barselona” İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin “Mançester Siti”dən transferi ilə bağlı prinsipial razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı futbolçunun transferi üçün “Barselona”nın ödəyəcəyi zəmanətli məbləğ 60 milyon avro olacaq. Bundan əlavə, kataloniyalılar əldə olunması mümkün bonuslar şəklində daha 11 milyon avro ödəyə bilərlər.
Razılaşmada digər bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir. Bu səbəbdən transferin ümumi dəyəri 71 milyon avrodan da yüksək ola bilər.
Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir. İngiltərə klubu həmin il futbolçunu Madrid “Atletiko”sundan 70 milyon avroya transfer edib.
İspaniyalı yarımmüdafiəçi ötən mövsüm “Mançester Siti”nin heyətində 33 matç keçirib və 2 qol vurub.
Qeyd edək ki, Rodri 2024-cü ildə 2023/2024 mövsümünün yekunlarına əsasən “Qızıl top” mükafatına layiq görülüb.
Namiq HUN