Həsən Həsənov: Ermənilərin alban irsinə qarşı qərəzli konsepsiyası 1984-cü ildən başlayıb
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda çıxış edən tarix elmləri doktoru Həsən Həsənov erməni tarixşünaslığının təhriflərinə diqqət çəkib.
TodayPress TV xəbər verir ki, Həsən Həsənov 1984-cü ilə qədər Albaniyanın müstəqil bir dövlət, albanların isə müstəqil xalq kimi beynəlxalq müstəvidə qəbul olunduğunu bildirib.
Tarixçinin sözlərinə görə, məhz 1984-cü ildə Ermənistanda nəşr olunan əsərlərlə saxta bir konsepsiya ortaya atılıb:
"1984-cü ildə Ermənistan yeni bir konsepsiya irəli sürərək nə Albaniya dövlətinin, nə də alban xalqının olduğunu, bu ərazinin guya 'Böyük Ermənistan'ın əyaləti olduğunu iddia etməyə başladı. Tarixi həqiqətlərin təhrif olunması və ideoloji qırğın məhz 1984-cü ildən start götürdü və bu addımlar 1988-ci il hadisələrinin zəminini hazırladı."
Jalə Rövşən