“Albaniya müasir İrəvandan da o tərəfə uzanırdı" – Tarixçidən erməni saxtakarlığına cavab

“Albaniya müasir İrəvandan da o tərəfə uzanırdı" – Tarixçidən erməni saxtakarlığına cavab
21.09.2026 14:33 Tədbirlər

“Ermənilərin Kür-Araz çayarası ərazinin albanlara aid olmaması və guya Ermənistana mənsubluğu ilə bağlı uydurduğu iddia 100 faiz yalandır. Albaniyanın həqiqi sərhədləri şərqdə Xəzər dənizindən qərbdə Araz çayı boyunca müasir İrəvandan da o tərəfə qədər uzanırdı."

TodayPress TV xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda deyib.

O, hazırda informasiya müharibəsinin kəskin fazada olduğunu xüsusi vurğulayaraq, tarixi faktların saxtalaşdırılmasına qarşı elmi və informasiya cəbhəsində fəal mübarizə aparmağın vacibliyini bildirib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər