Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası keçirildi

Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası keçirildi
12.06.2025 18:06 Xarici siyasət

12 iyun 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası keçirilib. 

TodayPress TV xəbər verir ki, əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevin açılış nitqləri dinlənilib. 

Daha sonra Türk Dövlətləri Təşkilatının digər üzv və müşahidəçi dövlətləri çıxış ediblər. 

İclasda Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının birgə Kommunike sənədi imzalanıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər