Pentaqon rəhbəri fransalı həmkarı ilə görüşdü - Avropa orduları üçün yeni dövr başlayır

Pentaqon rəhbəri fransalı həmkarı ilə görüşdü - Avropa orduları üçün yeni dövr başlayır
06.06.2026 21:00 Dünya

ABŞ müdafiə naziri Pit Heqset və fransalı həmkarı Katrin Votren Vaşinqtonun avropalı müttəfiqlərinin Şimali Atlantika Alyansının fəaliyyətinə verdiyi töhfələrin artırılması ilə bağlı məsələləri müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnellin yazılı bəyanatında məlumat verilib.

Bildirilib ki, Heqset və Votren NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmasının vacibliyini müzakirə ediblər.

Tərəflər, həmçinin hərbi-sənaye kompleksinin gücləndirilməsi və döyüş qabiliyyətli qoşunların yerləşdirilməsi yolu ilə Avropa qitəsinin təhlükəsizliyinin təmin olunmasında müttəfiqlərin daha böyük məsuliyyət daşımasının təxirəsalınmaz zərurətini vurğulayıblar.

Qeyd edək ki, görüş Fransanın şimalında, müttəfiqlərin Normandiyaya çıxmasının 82-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində baş tutub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər