Tramp-Mask qarşıdurması: Hədəf Ukraynadır?

Tramp-Mask qarşıdurması: Hədəf Ukraynadır?
09.06.2025 15:30 Təhlil

“ABŞ prezidenti Donald Tramp və milyarder İlon Mask arasındakı qarşıdurma süni şəkildə yaradılıb, burada əsas hədəf Ukraynadır”.

Politoloq Rizvan Hüseynov bunu TodayPress TV-yə danışarkən deyib. 

O, son günlər Qərb və Rusiya mediasında yayımlanan “Rusiya İlon Maska siyasi sığınacaq təklif edir” xəbərinə münasibət bildirərkən vurğulayıb ki, bu iddialar ciddi geosiyasi reallıqlara söykənmir və daha çox sarı mətbuatın spekulyativ yanaşmalarına əsaslanır.

“Bu kimi xəbərlər əsaslı deyil və daha çox manipulyativ xarakter daşıyır. Kreml daxilindəki bəzi dairələr düşünür ki, guya Mask və Tramp arasındakı münasibətləri korlamaqla müəyyən geosiyasi dividendlər qazanmaq olar. Amma son hadisələr göstərdi ki, İlon Mask əslində Trampdan bir növ üzr istədi və əvvəlki ritorikasını geri çəkdi”.

Analitikin sözlərinə görə, Trampla Mask arasındakı münasibətlər əvvəldən heç də “dostluq” və ya “qardaşlıq” üzərində qurulmayıb. Bu münasibətlər sırf biznes maraqlarına əsaslanır və indi də ortaq maraqlar davam edir. Əvvəlki kimi isti münasibət gözlənilməsə də, tərəflər arasında uçurum da olmayacaq. 

“Bəzi beynəlxalq analitiklər Tramp–Mask qarşıdurmasının süni şəkildə formalaşdırıldığını düşünürlər. Bu qarşıdurmanın arxasında duran əsas hədəf Ukraynadır. Belə bir görüntü yaradılır ki, guya ABŞ dövləti İlon Maska dəstək vermir və o da buna cavab olaraq "Starlink" sistemini Ukraynada məhdudlaşdıra bilər. Bu isə Ukraynanın həm kəşfiyyat, həm də rabitə imkanlarını ciddi şəkildə zəiflədəcək. Tramp bu vəziyyətdən Ukraynaya təzyiq vasitəsi kimi istifadə edə bilər. Maskla olan münasibətlər də bu strategiyanın bir hissəsi kimi formalaşdırılır”, - deyə o nitqini sonlandırıb. 

Qeyd edək ki, Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt açıqlamalar veriblər. Amerikalı sahibkar bildirib ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələ bilməzdi. O, Trampın impiçmenti ideyasını dəstəkləyib, Ağ Evin təşəbbüsü ilə hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini, prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid edib və bu ilin ikinci yarısında Amerika iqtisadiyyatı üçün tənəzzül proqnozlaşdırıb.

Töhfə Səməd

FOTOLAR

Tramp-Mask qarşıdurması: Hədəf Ukraynadır? — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Bütün Xəbərlər