Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi

Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi
12.09.2025 15:23 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Beyləqan rayonunda vətəndaşları qəbul edib. Qəbulda Beyləqan ilə yanaşı, İmişli rayon sakinləri də iştirak ediblər. 

TodayPress TV xəbər verir ki, ümumilikdə 20-yə yaxın vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və Agentliyin fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

İmtiyazlı şəxs kateqoriyasından olan qəbul iştirakçılarının müraciətləri ilə bağlı suallar cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib. 

Mütəmadi olaraq baş tutan və respublikanın müxtəlif şəhər və rayonlarında həyata keçirilən qəbullarda iştirak etmək istəyən vətəndaşlar Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 (daxili 5611) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, regional filiala yaxınlaşaraq, həmçinin Agentliyin sosial şəbəkə hesablarına yazaraq müraciət edə bilərlər.

TodayPress TV

FOTOLAR

Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi — 1
Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi — 2
Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi — 3
Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi — 4
Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi — 5
Vüqar Behbudov Beyləqanda vətəndaş qəbulu keçirdi — 6
XƏBƏR LENTİ
03 IYUN 2026
"Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Bütün Xəbərlər