"Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı
"Hizbullah" son saatlarda Bofor qalasında yerləşən İsrail qüvvələrinə və hərbi texnikasına bir neçə hücum təşkil etdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, təşkilat hərbi məntəqəni raket yaylımı, artilleriya mərmiləri və hücum dronu ilə hədəf aldığını bildirib.
Qeyd edək ki, İsrail qüvvələri Nəbatiyə yaxınlığında, qayalıq təpənin zirvəsində yerləşən və 900 illik qalaya ev sahibliyi edən bu ərazini ələ keçirmişdi.
Aysel Mətləb