Venesuelada ölənlərin sayı beş mini ötdü
Venesuelada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 5 119 nəfərə yüksəlib.
TodayPress TV xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində daha 16 740 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Axtarış-xilasetmə işləri davam edir. Hakimiyyət dağıntılar altında qalan insanların tapılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.