Qonşu ölkələr İranın çöküşünə hazır idi və hamısı sevinirdi - Əraqçidən sensasion açıqlamalar

Qonşu ölkələr İranın çöküşünə hazır idi və hamısı sevinirdi - Əraqçidən sensasion açıqlamalar
20.07.2026 13:37 Dünya

"Qonşu ölkələr İranın çöküşünə hazır idilər və hamısı gizli bir sevinc içində idi. Nə qədər kədərlidir, deyilmi? Bəs İran bunlardan qisasını almayacaq? Əlbəttə alacaq. Buna tarixin şilləsi deyirlər."

TodayPress TV  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İran televiziyasına müsahibəsində deyib.

TodayPress TV müsahibənin mətnini təqdim edir:

Abbas Əraqçi: Bölgə liderlərindən biri ilə görüşdüm. Daxilən hiss etdiyi gizli bir sevinc və olduqca təkəbbürlü, qürurlu bir tərzlə mənə dedi ki: "Əmin olun, sizə hücum edəcəklər; nüvə obyektlərinizi vurub məhv edəcəklər, raket potensialınızı ortadan qaldıracaqlar, neft obyektlərinizi yerlə-yeksan edəcəklər. Sakit olun, qarşılıq verməyin ha! Çünki qarşılıq versəniz, sizi də vurarlar, rəhbərliyinizi vurarlar, özünüzü..."

Müxbir: Bunu kim dedi?

Abbas Əraqçi: Bölgə liderlərindən biri.

Müxbir: Səudiyyə Ərəbistanımı?

Abbas Əraqçi: (Gülərək) İndi adlara girməyək, nəticədə bizim hamısı ilə işimiz var, birlikdə işləyirik.

Müxbir: Yox, bu üslub tam Bin Səlmana uyğundur.

Abbas Əraqçi: (Gülərək) Dediyim kimi, xahiş edirəm, adlara girməyək. Əslində, hamısının üslubu buna uyğundur. Buraxın, biz işimizi görək. Xeyr, həqiqətən hamısının ruh halı belə idi. Hamısı bir hadisənin baş verməsini gözləyirdi, amma bir tərəfdən də qorxurdular. Mən orada onlara dedim ki...

Müxbir: Yəni bu işə bitmiş gözü ilə baxırdılar?

Abbas Əraqçi: Bəli, onlara dedim ki, hadisə sizin dediyiniz qədər asan deyil. Əgər bizim hər hansı bir nöqtəmizi vursalar, biz də onun tam qarşılığındakı nöqtəni vurarıq. Nüvə obyektlərimizi vursalar, nüvə obyektlərini vurarıq. Hərbi potensialımızı vursalar, hərbi potensiallarını hədəf alarıq. Əgər Amerika da bu işə daxil olarsa, istər-istəməz Amerikanın bölgədəki bazalarını vuracağıq. Çünki bizim raketlərimiz Amerika materikinə çata bilməz, amma bölgədəki bazalarına çatar. Əgər neft obyektlərimizi vursalar və biz neft sata bilməyəcək vəziyyətə düşsək, bu bölgədə heç kim neft sata bilməz! Təbii ki, bu sözlər qarşımdakı şəxsi bir az qəzəbləndirdi və belə dedi: "Heç kim bizi təhdid edə bilməz! Əgər biri bizi təhdid edərsə, bütün Avropa, bütün Amerika ona qarşı cəbhə alar; hətta Çin belə ona qarşı olar. Çünki bizim Çinlə çox böyük ticari əlaqələrimiz var. Dünyadakı neft axını bizim əlimizdədir, paylama zənciri bizim əlimizdədir..." kimi sözlər danışdı.

Mən də güldüm və dedim ki: "Yox canım, Allah eləməsin, biz sizi vurmaq istəmirik ki! Biz Amerika bazalarını vuracağıq, amma təəssüf ki, o bazalar sizin torpaqlarınızdadır..."

Jalə Rövşən

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər