Gürcülər rus turisti rusca danışdığı üçün döydülər - VİDEO

Gürcülər rus turisti rusca danışdığı üçün döydülər - VİDEO
20.07.2026 15:37 Dünya

Gürcüstanın Kaxeti bölgəsində yerləşən "Agarani Estate" hotelində turistin rus dilində danışdığı üçün hücuma məruz qaldığı iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə zərərçəkən Polina K. məlumat yayıb.

Onun sözlərinə görə, o və rəfiqələri hoteldə istirahət edərkən eyvanda rus dilində söhbət ediblər. Bundan sonra hotel qonaqlarından biri resepsiyondan onların otaq nömrəsini öyrənərək otağa gəlib və mübahisə yaradıb.

Polina bildirib ki, rəfiqəsi Yuliya həmin şəxsdən otağı tərk etməsini istəyərkən kişi onun üzünə zərbə endirib.

Sosial şəbəkələrdə yayılan videoda mübahisə zamanı kişinin "Sən mənim ölkəmdəsən" dediyi eşidilir.

Hadisədən sonra qızlar polisə müraciət ediblər. Bildirilir ki, Yuliyaya tibbi yardım göstərilib. Polina həmçinin hotelin sosial şəbəkə hesabının onu blokladığını iddia edib.

Hadisə ilə bağlı Gürcüstan polisi və "Agarani Estate" hoteli hələlik rəsmi açıqlama verməyib.

Qiymət Mahir


XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər