SON DƏQİQƏ: İordaniya İrandan atıldığı iddia olunan raketləri havada məhv etdi
İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olduğu və krallıq ərazisini hədəf aldığı bildirilən üç raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, rəsmi məlumata görə, raketlərin İrandan buraxıldığı iddia olunur. Ordudan verilən açıqlamada raketlərin hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla vurulduğu bildirilib.
Hadisə nəticəsində dağıntı və ya itkilərin olub-olmaması barədə məlumat verilməyib. İnsidentlə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmır.