UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş

UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş
20.07.2026 23:40 İdman

UEFA prezidenti Aleksandr Çeferin 2026-cı il futbol üzrə dünya çempionatının final matçında iştirak etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Məlumata görə, Aleksandr Çeferin ABŞ millisinin hücumçusu Folarin Balogunun diskvalifikasiyasının ləğv edilməsi qərarına etiraz olaraq final oyununa getməyib.

Nəşr bildirir ki, UEFA rəhbəri normal şəraitdə dünya çempionatının finalında iştirak edəcəkdi. Bildirilir ki, bu hadisə FIFA ilə UEFA arasında münasibətlərin gərginləşməsinə səbəb olub. UEFA daxilində isə turnirin gedişinə siyasi müdaxilə ilə bağlı narazılıqların olduğu qeyd edilir.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər