Qara dənizdəki hücumlar Qazaxıstanı hərəkətə keçirdi

Qara dənizdəki hücumlar Qazaxıstanı hərəkətə keçirdi
19.07.2026 19:56 Dünya

Qazaxıstan Xarici İşlər Nazirliyi Qara dənizdə gəmilərə edilən hücumları ölkənin iqtisadi maraqlarına qəsd kimi qiymətləndirib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Nazirliyin bəyanatında bildirilib ki, Astana milli maraqlarının qorunması üçün beynəlxalq hüquqda nəzərdə tutulan bütün mexanizmlərdən istifadə etmək hüququnu özündə saxlayır. Buraya dəymiş zərərin ödənilməsi ilə bağlı tələblərin irəli sürülməsi də daxildir.

Qazaxıstan XİN vurğulayıb ki, ölkə iqtisadi maraqlarına zərər vuran bu cür hadisələrə qarşı hüquqi müstəvidə müvafiq addımlar atmağa hazırdır.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər