Moskvaya 400-dən çox PUA ilə hücum: Strateji anbarlar və neft bazası vuruldu - VİDEO

Moskvaya 400-dən çox PUA ilə hücum: Strateji anbarlar və neft bazası vuruldu - VİDEO
20.07.2026 09:27 Dünya

Rusiya Federasiyasının paytaxtı Moskva bu gecə 400-dən çox pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Wildberries şirkətinin ən böyük logistika mərkəzlərindən birində, neft bazasında və sənaye parkında yanğınlar baş verib. Sənaye parkına zərbə nəticəsində mina-partlayış xəsarətləri alan 6 nəfər Domodedovo xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, Podolsk şəhərinin Koledino qəsəbəsində yerləşən Wildberries logistika mərkəzinə də PUA hücumu olub və müəssisədə çalışan əməkdaşlar təxliyə edilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə anbar ərazisində güclü yanğın müşahidə olunur. Bəzi mənbələr eyni vaxtda şirkətə məxsus iki logistika bazasının hədəfə alındığını iddia edir.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər