Tramp İranla genişmiqyaslı müharibəyə hazırlaşır - İDDİA
ABŞ İordaniya və İraqda amerikalı hərbçilərin həlak olmasından sonra İranla yenidən genişmiqyaslı müharibəyə başlamaq həddinə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb.
Ağ Evdə aparılan müzakirələrlə tanış olan ABŞ rəsmilərindən birinin sözlərinə görə, Vaşinqton İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi imkanını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, Pentaqon Yaxın Şərqdə döyüş aviasiyasının sayını artırır.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı yeni zərbə dalğasının başladığını açıqlayıb.