Savaşa bir düyməlik məsafə qalıb - Çin lideri ABŞ-yə gedir
Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə planlaşdırılan səfərinə hazırlıq işləri davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Pekini ABŞ seçkilərinə müdaxilədə ittiham etməsinə baxmayaraq, Si Cinpinin sentyabr ayında ABŞ-yə səfərinin baş tutacağı gözlənilir.
"Biz gözləyirik ki, bu səfər sentyabr ayında baş tutacaq", – deyə Rubio bildirib.
ABŞ dövlət katibi əlavə edib ki, Çin tərəfi səfərin hazırlanması məqsədilə ekspert və rəsmilərdən ibarət nümayəndə heyətlərini ABŞ-yə göndərməkdə davam edir.
Qiymət Mahir