İdmançımız Minskdə bürünc mükafat qazandı

İdmançımız Minskdə bürünc mükafat qazandı
20.07.2026 11:29 İdman

Azərbaycan milli komandasının üzvü Fatimə Alkərəmova Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub.

TodayPress TV xəbər verir ki, idmançımız qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.

Bras üsulu ilə 100 metr məsafədə isə Fatimə öz nəticəsini yaxşılaşdırmağa nail olub.

Cari yarışdakı nəticəsi: 1:17.41

Öncəki ən yaxşı nəticəsi: 1:17.50

Qeyd edək ki, turnir 14-18 iyul tarixlərində keçirilib. Ölkəmizi Fatimə Alkərəmova təmsil edib. Məşqçi – Yana Xasyanova.

TodayPress TV

FOTOLAR

İdmançımız Minskdə bürünc mükafat qazandı — 1
İdmançımız Minskdə bürünc mükafat qazandı — 2
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər