Üzgüçülərimiz Kutaisi turnirini 33 medalla başa vurdular

Üzgüçülərimiz Kutaisi turnirini 33 medalla başa vurdular
20.07.2026 11:37 İdman

Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turniri 33 medalla başa vurublar.

Bu barədə TodayPress TV-yə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Yığma üzvləri yarışda daha 26 mükafata sahib çıxıblar. Turnirin ilk günündə milli komanda 7 medal qazanıb.

Bundan əlavə, Fatimə Alkərəmova Belarusun paytaxtı Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub. İdmançı qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər