Böyük Britaniya tarixin ən böyük fürsətini qapmaq üzrədir - İmperiya yenidən...

Böyük Britaniya tarixin ən böyük fürsətini qapmaq üzrədir - İmperiya yenidən...
20.07.2026 10:35 Dünya

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə bağlı sərt açıqlama verib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" hesabında paylaşım edib.

ABŞ prezidenti Böyük Britaniyanın yeni baş naziri vəzifəsinə gələcək Endi Börnemin Şimal dənizində neft hasilatının artırılması planlarını dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, Şimal dənizi dünyanın ən keyfiyyətli neft mənbələrindən biridir və burada yüz illərlə kifayət edəcək ehtiyatlar mövcuddur.

Tramp qeyd edib ki, bu ehtiyatların böyük hissəsi hələ tam araşdırılmayıb.

"Şimal dənizinin nefti Böyük Britaniyanı "iflas etmiş fəlakət"dən dünyanın ən varlı ölkələrindən birinə çevirəcək", – deyə ABŞ Prezidenti vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər