Odessada mülki gəmi vuruldu, itkin düşənlər var

Odessada mülki gəmi vuruldu, itkin düşənlər var
20.07.2026 00:44 Dünya

Odessa yaxınlığında Rusiyanın mülki gəmiyə endirdiyi hücum nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Bildirilir ki, gəmidə ümumilikdə 18 nəfər olub. Hadisə zamanı 8 nəfər xilas edilib, onlardan 2-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda daha 4 nəfərin taleyi naməlum olaraq qalır. Onların tapılması üçün ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər