Azərbaycan internet sürətinə görə qonşularını qabaqladı

Azərbaycan internet sürətinə görə qonşularını qabaqladı
19.07.2026 23:55 İKT

Azərbaycan 2026-cı ilin iyun ayı üzrə “Speedtest Global Index” reytinqində sabit genişzolaqlı internetin median sürətinə görə dünyanın 149 ölkəsi arasında 84-cü yerdə qərarlaşıb.

TodayPress TV xəbər verir ki, reytinqə əsasən, Azərbaycanda sabit internetin median yükləmə sürəti 92,18 Mbit/s təşkil edib. Bu göstərici ilə ölkə Ermənistanı (91,69 Mbit/s) və Gürcüstanı (50,83 Mbit/s) geridə qoyub.

Siyahıya 447,75 Mbit/s nəticə ilə Sinqapur liderlik edir.

Reytinq internet sürətinin ölçülməsi üzrə beynəlxalq Speedtest Global Index platformasının 2026-cı ilin iyun ayı üzrə məlumatları əsasında hazırlanıb.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər