Millimiz (Çimərlik) Avropa çempionatının B Liqasının qalibi oldu

Millimiz (Çimərlik) Avropa çempionatının B Liqasının qalibi oldu
19.07.2026 21:47 İdman

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin qalibi olub.

TodayPress TV xəbər verir ki, millimiz finalda Latviya yığmasını 4:0 hesabı ilə məğlub edərək, B Liqasını çempion kimi tamamlayıb. Komandamızın heyətində Elşad Manafov 2, Orxan Məmmədov və Ramil Əliyev isə hərəyə 1 qol vurublar.

Millimiz eyni zamanda qitə birinciliyinin A Liqasına yüksələrək növbəti mövsümdən Avropanın ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Bundan başqa, Elçin Qasımov turnirin ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib.

FOTOLAR

Millimiz (Çimərlik) Avropa çempionatının B Liqasının qalibi oldu — 1
Millimiz (Çimərlik) Avropa çempionatının B Liqasının qalibi oldu — 2
XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər