Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirildi

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirildi
11.12.2025 14:05 Hərbi

Azərbaycan və Türkiyə yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə edib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Azərbaycan HDQ-nin qərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Türkiyə nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan HDQ-nin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafik məlumatların toplanması və emalı, S-101 ENC xəritələrinin hazırlanması, eləcə də S-100 çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər.

Tərəflər bu cür görüşlərin Azərbaycan və Türkiyə arasındakı mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, iki ölkə arasında hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirildi — 1
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirildi — 2
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirildi — 3
XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Bütün Xəbərlər