Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı

Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı
04.06.2026 00:00 İdman

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.

"Tipos Arena"dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

Komandanın heyətində Xətai Bağırov fərqlənib.

Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.

Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər