Rusiya səfiri Britaniya XİN-ə çağırıldı

Rusiya səfiri Britaniya XİN-ə çağırıldı
03.06.2026 23:10 Dünya

Rusiyanın Londondakı səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Londondakı səfiri Andrey Kelin ölkəsinin Ukraynaya qarşı son hücumları və Rumıniyadakı yaşayış binasına Rusiya istehsalı olan pilotsuz uçuş aparatının (PUA) çırpılması səbəbindən Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi yazılı bəyanatda bildirib.

Qeyd edilib ki, bu addım Rusiyanın Ukraynadakı mülki şəxslərə qarşı son hücumunun mayın 29-u NATO hava məkanını pozaraq Rumıniyadakı bir yaşayış binasını vurmasından sonra atılıb.

NATO ərazisində günahsız mülki şəxslərə zərər vurulmasının "qəbuledilməz" olduğunu vurğulayan sözçü, bu vəziyyətin Ukrayna mülki vətəndaşlarının hər gün məruz qaldığı təhlükəni acı şəkildə xatırlatdığını qeyd edib.

"Böyük Britaniya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi Rusiyanın səfirini nazirliyə çağıraraq gərginliyin bu cür ciddi şəkildə artırılmasını qətiyyətlə pisləyib", - deyə o bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər