Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İrana qarşı “boş təhdidlər" dövrünün bitdiyini və hər hansı təcavüzə qətiyyətli, peşmanedici və adekvat cavab verildiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, Qalibaf İran İnqilabının rəhbəri Ayətullah Ruhullah Xomeyninin vəfatının ildönümü ilə bağlı ismarış yayımlayıb.
Xomeyninin İran xalqına zülm və zorakılıq qarşısında geri addım atmamağı öyrətdiyini bildirən Qalibaf, özlərinin də eyni yolu izlədiklərini vurğulayıb.
Aysel Mətləb