"Bu, məktəblərdə pul yığanların qarşısını alacaq" - Təhsil eksperti açıqladı

"Bu, məktəblərdə pul yığanların qarşısını alacaq" - Təhsil eksperti açıqladı
23.09.2025 15:29 Elm və Təhsil

"Məktəblərdə valideynlərdən fond pulu, təmir pulu, kağız pulu və digər xərclər üçün vəsait toplanması uzun illərdir davam edir. Halbuki, “Təhsil haqqında” Qanunun 29-cu maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisələri dövlət büdcəsindən maliyyələşir və şagirdlərdən təhsil xərclərinin ödənilməsi tələb edilə bilməz". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, belə hallar qanunvericiliyin pozulması ilə yanaşı, maliyyələşmədə boşluqların, idarəetmədə şəffaflıq problemlərinin və ictimai nəzarətin zəifliyinin göstəricisidir: 

"Statistika göstərir ki, Azərbaycanın dövlət büdcəsinin təqribən 11-12 faizi hər il təhsilə yönəldilir, bu da ÜDM-in 3,5-4 faizi civarındadır.

Beynəlxalq müqayisədə bu göstərici aşağıdır. Məsələn, Finlandiyada təhsilə ÜDM-in 6 faizi, Estoniyada isə 5,5 faizi ayrılır. Bu fərq dövlət məktəblərində təmir, təminat və infrastruktur məsələlərində əlavə vəsait ehtiyacını artırır. Çatışmazlıq yarananda məktəb rəhbərliyi məsələni valideynlərə ötürür və nəticədə qeyri-rəsmi "fond pulu" mexanizmi möhkəmlənir".

Ekspert əlavə edib ki, bu praktikanın mənfi tərəfi sosial ədalətsizliyə gətirib çıxarmasıdır:

"Bəzi valideynlər ödənişi edə bilir, digərləri isə sosial vəziyyətinə görə çətinlik çəkirlər. Bu isə uşaqlar arasında fərqlər yaradır, məktəbə etimadı azaldır, müəllim və rəhbərliyi təzyiq altında qoyur. Əslində dövlətin yaratdığı pulsuz təhsil prinsipi pozulur və təhsilin bərabərlik funksiyası zəifləyir".

Mütəxəssis bildirib ki, Almaniyada məktəblərin bütün təmiri və təminatı bələdiyyələrin büdcəsindən qarşılanır, valideynlərdən yalnız könüllü ianələr ola bilər və o da şəffaf hesabatla müşayiət olunur. Skandinaviya ölkələrində məktəb ləvazimatları belə dövlət tərəfindən təmin edilir, Türkiyədə isə bütün xərclər Milli Təhsil Nazirliyi və bələdiyyələrin büdcəsindən ödənilir: 

"Azərbaycanda da dövlət məktəblərinin maliyyələşməsi elə təşkil olunmalıdır ki, rəhbərlik valideynlərdən pul toplamağa məcbur qalmasın. Təmir və təminat xərcləri büdcədə ayrıca maddələrlə planlaşdırılmalı, məktəblərə ayrılan vəsaitlərin istifadəsi isə ictimai nəzarətlə şəffaf izlənməlidir. Könüllü valideyn dəstəyi isə yalnız leqal əsaslarla, bank hesabları üzərindən və illik hesabatla həyata keçirilməlidir".

Kamran Əsədovun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin son illərdə başladığı “məktəblərin tam publik hüquqi şəxsə keçirilməsi” təşəbbüsü bu problemin həllinə yönəlib. Onun fikrincə, əgər bu siyasət ardıcıl həyata keçirilərsə, yaxın illərdə məktəblərdə qeyri-rəsmi pul yığımı praktikasının aradan qalxması mümkündür. Çünki bu, sadəcə etik və idarəetmə deyil, həm də maliyyə planlaması və ictimai nəzarət məsələsidir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

"Bu, məktəblərdə pul yığanların qarşısını alacaq" - Təhsil eksperti açıqladı — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Bütün Xəbərlər