Mançesterdə sinaqoqa hücum nəticəsində iki nəfər öldü

Mançesterdə sinaqoqa hücum nəticəsində  iki nəfər öldü
02.10.2025 16:24 Dünya

Böyük Britaniyada Mançesterin şimalında, Crumpsall sinaqoqu yaxınlığında baş verən hücum nəticəsində iki nəfər ölüb.

TodayPress TV "Aljazeera"ya istinadən xəbər verir ki, şübhəli şəxs polis tərəfindən vurulub. Hadisə “terror hücumu” kimi qiymətləndirilir.

Mançester Polisi bildirib ki, üç nəfər  də ağır vəziyyətdədir. Polis hadisə yerinə bomba zərərsizləşdirilməsi bölməsini çağırıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Baş nazir Keir Starmer Kopenhagendə Avropa Siyasi Birliyinin sammitindən erkən ayrılaraq hadisəni tənqid edib. Starmer bildirib ki, hücum Yom Kippur bayramı zamanı baş verdiyinə görə daha dəhşətlidir. O, həmçinin əlavə polis qüvvələrinin sinaqoqlarda yerləşdiriləcəyini açıqlayıb.

Böyük Britaniya kralı Çarlz, hadisədən “dərin sarsıldığını” bildirib. İsrailin Londondakı səfirliyi hücumu “iyrənc və  kədərli” adlandırıb.

Hadisə zamanı sinaqoqun içində ibadət edən insanlar təhlükəsiz şəkildə təxliyə edilib. Polis və təcili yardım briqadaları hadisə yerində geniş əməliyyat aparıb.

Community Security Trust təşkilatının nümayəndəsi Dave Rich bildirib ki, Yom Kippur yəhudi ilinin ən müqəddəs günüdür və hücum bu müqəddəs gündə baş verdiyinə görə daha dəhşətli hesab olunur.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Bütün Xəbərlər