Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olundu

Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olundu
23.03.2026 20:23 Cəmiyyət

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi, LuxAz Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Lüksemburqda hər il keçirilən və ölkənin ən böyük multikultural tədbirlərindən biri hesab olunan “Miqrasiyalar, Mədəniyyətlər və Vətəndaşlıq Festivalı”nın 43-cü buraxılışında ilk dəfə olaraq Azərbaycan stendi təşkil edilib.

TodayPress TV xəbər verir ki, CLAE (Xarici Assosiasiyaların Əlaqələndirmə Komitəsi) tərəfindən təşkil olunan festival iki gün ərzində Luxexpo sərgi mərkəzində keçirilib və 400-dən çox stend müxtəlif ölkələrin mədəniyyətini, mətbəxini və ictimai fəaliyyətlərini təqdim edib.

Tədbir müxtəlif icmalar arasında dialoqun gücləndirilməsi, inteqrasiya və mədəni müxtəlifliyin təşviqi məqsədi daşıyır.

Azərbaycan stendi vasitəsilə ziyarətçilərə ölkəmizin zəngin mədəni irsi, milli mətbəxi və ənənələri təqdim edilib.

Bir sıra rəsmi şəxslər festival çərçivəsində Azərbaycan stendini ziyarət edib. Stendə Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettel və Lüksemburqun Ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə naziri Max Hahn baş çəkərək təqdim olunan mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

LuxAz nümayəndələri bildiriblər ki, bu iştirak Azərbaycan mədəniyyətinin Lüksemburqda tanıdılması və müxtəlif icmalar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Stendin rəhbərləri Sevinc Ömərli və Seymur Əhmədov qeyd ediblər ki, bu kimi beynəlxalq tədbirlərdə iştirak gələcəkdə də davam etdiriləcək və Azərbaycanın zəngin mədəniyyəti daha geniş auditoriyaya təqdim olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 Bütün Xəbərlər